» » "Uşaqlarımdan ayrı qalanda xəstələnirəm"

"Uşaqlarımdan ayrı qalanda xəstələnirəm"

"Uşaqlarımdan ayrı qalanda xəstələnirəm"
"Uşaqlarımdan ayrı qalanda xəstələnirəm" “GQ” jurnalının budəfəki sayının qonağı 40 yaşlı keçmiş futbolçu Devid Bekhem olub.

Ucarliyiq.biz xarici mətbuata istinadən xəbər verir ki, dizayner Viktoriya Bekhemlə nikahından 4 uşağı olan Devid müsahibəsində xoşbəxt ata olduğunu və onlardan ayrı qala bilmədiyini deyib:

“Mən, sözün həqiqi mənasında, uşaqlarımla ayrılmaq lazım gələndə xəstələnirəm”.

D.Bekhem futbol üçün çox darıxdığını da etiraf edib: “Futboldan ötrü hər gün darıxıram. Hər zaman düşünürəm ki, yenidən meydançalara qayıda və oynaya bilərəm. Məsələn, bütöv bir ili ABŞ-da oynaya bilərəm. Los-Ancelesdə yaşasaydım, karyeramı bir il də uzadardım. Ancaq mən Londonda yaşayıram, çünki uşaqlarım burada xoşbəxtdirlər...”.

Qeyd edək ki, Devidlə Viktoriyanın Bruklin, Romeo, Kruz adlı 3 oğlu, Harper adlı 1 qızı var.

"Uşaqlarımdan ayrı qalanda xəstələnirəm"

"Uşaqlarımdan ayrı qalanda xəstələnirəm"