» » Ərinin həm pulunu, həm də soyadını istəyir

Ərinin həm pulunu, həm də soyadını istəyir

Ərinin həm pulunu, həm də soyadını istəyir
Ərinin həm pulunu, həm də soyadını istəyir Uzun illər Sərdar Ortaçla müğənni kimi işləyən və eyni zamanda aktyorluq edən Merih Ermakastarla 9 illik həyat yoldaşı Zeynəb Ermakastar boşanırlar.

Ucarliyiq.biz “Hürriyet”ə istinadən xəbər verir ki, “Min bir gecə”, “Leyla ilə Məcnun” kimi seriallarda çəkilən Merihlə razılaşma əsasında boşanmaq istədiyini deyən Zeynəb ərinə bir neçə tələb irəli sürüb:

“Merihin mənə 30 min dollar təzminat ödəməsini istəyirəm. Ayrıldıqdan sonra isə “Ermakastar” soyadını istifadə edəcəyəm”.

Zeynəbin vəkili Minə Özdemir Meço məhkəməyə şikayət ərizəsində cütlüyün yola getmədiyini və bu səbəbdən ailə həyatına son qoymaq istədiklərini bildirib:

“Tərəflərin boşanma haqqındakı protokoluna görə, kiçik uşağın vəkaləti anada qalacaq və ata ilk 8 ay 3 min lirə (təxminən 1500 manat), 9-cu aydan etibarən isə 500 lirə (təxminən 250 manat) aliment ödəyəcək. Evlilik müddətində əldə edilən bütün əşyalar tərəflər arasında yarıbayarı bölünəcək”.

Ərinin həm pulunu, həm də soyadını istəyir

Ərinin həm pulunu, həm də soyadını istəyir