» » Sevil Əliyeva övladları ilə birlikdə Bakıya gəlib

Sevil Əliyeva övladları ilə birlikdə Bakıya gəlib

Sevil Əliyeva övladları ilə birlikdə Bakıya gəlib

Ümummilli lider Heydər Əliyevin qızı, Azərbaycan prezidenti İlham Əliyevin bacısı Sevil Əliyeva Bakıya gəlib.

Ucarliyiq.biz xəbər verir ki, bu barədə virtualaz.org-a açıqlamasında Sevil xanım özü məlumat verib.

“Çoxdan idi valideynlərimin məzarını ziyarət etmirdim. Yeni Bakının gözəlliklərini görməyi də çox istəyirdim. Biz hazırda atamın bir vaxtlar yaşadığı iqamətgahda qalırıq. O, bizi həmişə aşağıda, qapının qarşısında qarşılayardı. Həmin anlar həmişə gözümün önündədir, unutmamışam. Bu ev bizə atamı xatırladır. O, bizi sonuncu dəfə də buradan yola salmışdı” - deyə Sevil Əliyeva bildirib.

Sevil xanım Bakıya övladları ilə birlikdə gəldiyini deyib:

“Burada övladlarımla bir yerdəyəm. Bulvarı gəzdik. Zooparka getdik. Şəhəri gəzdik. Həddən artıq çoxlu fotolar çəkmişəm. Yeri gəlmişkən, şəhərdə xeyli adam məni tanıyır və onlar da şəkil çəkdirməyi xahiş edirlər”.

Sevil Əliyevanın sözlərinə görə, o, Bakıya azad bir insan kimi bir neçə günlüyə gəlib.

Xatırladaq ki, S.Əliyeva son illər övladları ilə birlikdə Londonda yaşayır.

Mənbə: </span