» » Hyustonun qızının ölümündə ərini günahlandırırlar

Hyustonun qızının ölümündə ərini günahlandırırlar

Hyustonun qızının ölümündə ərini günahlandırırlar
Dünyaca məşhur müğənni Uitni Hyustonun qızı Bobbi Kristina Brounun ölüm səbəbi araşdırılır.

Ucarliyiq.biz - in məlumatına görə, bir neçə gün bundan əvvəl dəfn olunan qızın ölümündə həyat yoldaşı Nik Qordon günahlandırılır.

Məşhur "People" dərgisi Nikin Kristinanın sərvətini əldə etmək üçün belə addım atdığını yazıb.

"Vanna otağında yıxılmış halda tapılmazdan bir neçə gün əvvəl Bobbini sevgilisi dostlarının yanında döyüb. Yanvarın 31-də xəstəxanaya çatdırılan Brouna qarşı şiddət həmin günə qədər davam edib. Uzun mübahisədən sonra Nik sevgilisinə kokteyl içirdib və başını içərisi su dolu vannaya salıb. O, Bobbinin xəyanət etdiyini və buna görə döydüyünü deməkdən çəkinməyib. Hyustonun ailəsindən məsələ ilə bağlı heç bir açıqlama verilməyib" deyə, məqalədə qeyd olunub.

Qeyd edək ki, Bobbi Kristina Braun əri Nik Qordon tərəfindən hamamda huşsuz vəziyyətdə tapılmış və xəstəxanaya yerləşdirilmişdi. Kristina mərhum anasının yanında dəfn olunub.