» » Məşhur aparıcı tələbə qızı tutturdu - şantaj edirmiş

Məşhur aparıcı tələbə qızı tutturdu - şantaj edirmiş

Məşhur aparıcı tələbə qızı tutturdu - şantaj edirmiş
Məşhur aparıcı tələbə qızı tutturdu - şantaj edirmiş Türkiyəli aparıcı Burcu Əsmərsoyu sosial şəbəkədə şantaj edən şəxsin kimliyi bəlli olub.

Ucarliyiq.biz "Hürriyət"ə istinadən xəbər verir ki, aparıcını "əlimdə video görüntülərin var, ağıllı ol" deyərək şantaj edən tələbə qız imiş.

Şantaj ismarışlarından sonra prokurorluğa şikayət edən Burcu Saynur adlı qadını tutdurub. Gənc qız ilkin ifadəsində ittihamları rədd etsə də, sonradan həmin hesabın ona məxsus olduğu müəyyənləşib.

19 yaşlı tələbə barəsində məhkəmə işi başlayıb.

Qeyd edək ki, B.Əsmərsoyun sosial şəbəkədə 2,5 milyon izləyicisi var.