» » İzləyicisi modeli özündən çıxardı

İzləyicisi modeli özündən çıxardı

İzləyicisi modeli özündən çıxardı
İzləyicisi modeli özündən çıxardı Dünyaca məşhur 20 yaşlı model Gigi Hadid Twitter-dəki bir izləyicisinə əsəbiləşib.

Ucarliyiq.biz - in xarici KİV-ə istinadən xəbərinə görə, bir müddətdir "One Direction"dan ayrılan müğənni Zayn Maliklə birlikdə olan model sevgilisinin şəklini paylaşaraq "Demək istədiyimiz" şərhini yazıb.

Şəklin üzərinə bir izləyicisi Hadidi hədəf seçərək bunları yazıb:

"Hər iki həftədən bir sevgili dəyişdirməkdənsə, doğru şəkildə necə davam etməyin yolunu öyrən".

İzləyicisinin bu sözləri modeli özündən çıxarıb. O, qarşı tərəfə "3 ildə 3 kişiylə birlikdə oldum, canım. Yerişim hər zaman yaxşıdır. Ümid edirəm sənin qəlbindəki qaralıq da yaxşı bir hala gələr" cavabını verib.

Gigi Hadid Zayn Malikdən əvvəl avstraliyalı Kodi Simpson və popstar Coe Conasla sevgili olub.

İzləyicisi modeli özündən çıxardı