» » Demet Akalın canlı yayımda ağladı: "Arzularımız vardı..."

Demet Akalın canlı yayımda ağladı: "Arzularımız vardı..."

Demet Akalın canlı yayımda ağladı: "Arzularımız vardı..."
Demet Akalın canlı yayımda ağladı: "Arzularımız vardı..."

"EBRU GÜNDEŞLƏ DANIŞDIM..."

Kanal D-nin "Renkli sayfalar" proqramına qonaq olan müğənni Demet Akalın maraqlı açıqlamaları ilə yadda qalıb.

Ucarliyiq.biz - in məlumatına görə, o, Okan Kurtla evliliyi haqda danışıb:

"Xərclərimiz ayrıdır. Hərəmizin pulu özünə aiddir. Evin və mənim ehtiyaclarımı Okan ödəyir. Bpyük alış-verişlərimi isə özüm öhdəmə götürürəm. Ona ödətdirmərəm. 6-7 aydan bir aramızda mütləq nəsə problem çıxır. Bunu yoluna qoymaq insanların öz əllərindədir. Mənim bütün dərdim qızım Hiradır. Səhər oyananda ikimizdən birini mütləq yanında görməlidir. Bütün etmək istədiklərimi Okanla edirəm. Dedi-qoduları da onunla edirəm. Həm dostum, həm həyat yoldaşımdır".

Demet son zamanlar maqazin gündəmində yer alan boşanmalara da fikir bildirib:

"İremlə (müğənni İrem Derici - red.) Rzanın boşanmasına təəccüblənmədim. Daha əvvəl də o xəbərlər çıxmışdı deyə gözlədiyim hadisə idi. Bade İşçilin (aktrisa - red.) həyat yoldaşıyla barışmasına çox əsəbiləşdim. Qıza çox dəstək olmuşdum. Hələ də inana bilmirəm. Heç bir şeyə təəccüblənmədiyim halda Badeyə şok oldum".

Müğənni verilişdə müğənni Deniz Sekinin həbsdən gələn məktubu oxununca göz yaşlarını saxlaya bilməyib:

"Deniz Sekiyə həbsxananı yaraşdırmıram. Bizim onunla arzularımız var idi. Hira anadan olanda o da ana olacaqdı. Deniz çox qiymətli bir insandır. Çıxanda bütün arzularımızı həyata keçirəcəyik. Çox güclü qadındır. Ondakı güc məndə olsa, dünyanı dağıdardım. O qədər təcavüzçü və qatillər çöldə ikən hər şey dostumun boşunda çartladı".





Proqramda Demetin həyat yoldaşı Okan Kurt da gələrək ona sürpriz edib.



D.Akalın həyat yoldaşı ABŞ-da həbs olunan həmkarı Ebru Gündeş haqda belə deyib:

"Ebruyla danışdım. Ən yaxın zamanda ziyarət edəcəyəm. İnsanın başına hər şey gələ bilər. O qədər kədərli bir mövzudur ki, hökm vermək bizə düşməz. Ebru mütləq nə edəcəyini planlaşdırıb. Bəlkə də bu barədə düşünə bilmir, necə hiss etdiyini anlaya bilmərəm. Qızını geri gətirmək üçün İstanbula qayıdıb. Mütləq ABŞ-a qayıdacaq. Belə bir şeyin başıma gəlməsini düşünmək belə çətindir. Mən hər zaman həyat yoldaşımın yanındayam, o da belə... Böyük danışmamaq lazımdır. Ortada bir uşaq var, Alara hələ balacadır".