» » Gənc Tamaşaçılar Teatrı qastrola hazırlaşır

Gənc Tamaşaçılar Teatrı qastrola hazırlaşır

Gənc Tamaşaçılar Teatrı qastrola hazırlaşır

Gənc Tamaşaçılar Teatrı və Kalmıkiya Respublikası B.Basanqov adına Milli Dram Teatrı arasında imzalanmış ikitərəfli müqavilənin bəndlərinə uyğun olaraq yaradıcılıq əlaqələri davam etdirilir.

Ucarliyiq.biz - in məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyindən AzərTac-a bildirilib ki, oktyabrın 26-dan 30-dək Gənc Tamaşaçılar Teatrının Kalmıkiyaya qastrol səfəri nəzərdə tutulub. Səfər çərçivəsində teatrın yaradıcı heyəti repertuarında olan iki maraqlı tamaşa ilə sözügedən teatrın səhnəsində çıxış edəcək.

Müqaviləyə əsasən oktyabr ayının əvvəllərində Kalmık Milli Dram Teatrının yaradıcı heyəti də Puşkinin "Qızıl balıq" və Ə.Əmirlinin "Sevən qadın" tamaşalarını təqdim edəcək.

Qeyd edək ki, "Sevən qadın" tamaşasına Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Azərbaycan və Kalmıkiyanın əməkdar incəsənət xadimi Bəhram Osmanov quruluş verib.

Mənbə: </span