» » Halitdən serial açıqlaması

Halitdən serial açıqlaması

Halitdən serial açıqlaması
Halitdən serial açıqlaması Sonuncu dəfə “Möhtəşəm yüz il” serialıyla tamaşaçıların qarşısına çıxan aktyor Halit Ərgənç yeni bir layihədə yer alacağı ilə bağlı xəbərlərə aydınlıq gətirib.

Ucarliyiq.biz gecce.com-a istinadən xəbər verir ki, aktyorun “Vətən xaini” serialında çəkiləcəyi iddia olunurdu. Halitin hətta ekran işində çəkilmək üçün rejissorların Yağmur və Durul Taylan bacılarının olmasını şərt kimi isrəli sürdüyü də deyilirdi. H.Ərgənç isə bu iddiaların yalan olduğunu bildirib:

“Hələ ki dəqiqləşmiş bir layihə yoxdur. Belə bir şey olsaydı, müqaviləni imzaladığımı söyləyərdim. Bundan başqa, hər hansı layihədə yer almaq üçün qeyd edilən şərtlərim ola bilməz”.