» » "İnşallah, ərindən ayrılarsan"

"İnşallah, ərindən ayrılarsan"

"İnşallah, ərindən ayrılarsan"
"İnşallah, ərindən ayrılarsan" Tanınmış aparıcı Esra Erolun sosial şəbəkədə paylaşdığı foto qalmaqala səbəb olub.

Ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, əri ilə şəklini İnstaqram hesabında yerləşdirən aparıcı izləyicilərindən birinin gözlənilməz şərhi ilə üzləşib. Belə ki, istifadəçilərdən biri Esranın şəklinə “İnşallah, sən də ərindən ən qısa zamanda ayrılarsan, pis qadın” sözlərini yazıb.

Özünə və həyat yoldaşına edilən bu hörmətsizlik E.Erolu hövsələdən çıxarıb. Yazılan şərhə bərk əsəbiləşən Esra izləyicini “blok”a salaraq bu sözləri qeyd edib:

“Baxın, belə insanlar var! Bunları məhv edəcəksən ki, sosial şəbəkə belə pisliklərdən təmizlənsin. Bu və bunun kimi yazıqlar həm səni izləyir, həm də bilib-bilmədən şərh yazıb, hökm çıxarır! Bundan sonra belə olacaq! Görək indi hamı ağlına gələni yazacaqmı? Saxta profillər vecimə deyil, mən həqiqilərlə mübarizə aparacağam...”.

"İnşallah, ərindən ayrılarsan"

"İnşallah, ərindən ayrılarsan"