» » Seda Sayan Ecedən şikayət etdi: "Ona da cərimə kəsə biləcəksən?"

Seda Sayan Ecedən şikayət etdi: "Ona da cərimə kəsə biləcəksən?"

Seda Sayan Ecedən şikayət etdi: "Ona da cərimə kəsə biləcəksən?"
Seda Sayan Ecedən şikayət etdi: "Ona da cərimə kəsə biləcəksən?" Müğənni Seda Sayan aparıcı Ece Erkenin TRT-də canlı yayımda hicab bağlamasını sərt tənqid edib.

Ucarliyiq.biz gecce.com-a istinadən xəbər verir ki, 2006-cı ildə eyni təcrübəni sınaqdan keçirdiyinə görə cəzalandırılan Seda bu addımına görə həm aparıcını, həm də buna efirdə icazə verməklə ayrı-seçkilik salan RTÜK-ü (Radio Televiziya Üst Qurumu) şikayət edib. Seda Sayan İnstaqram hesabından bu sözləri yazıb:

“10 ildə nə dəyişdi? 10 il əvvəl mən də canlı yayımda hicab bağlayanda aləm qarışdı və RTÜK cərimə kəsdi. Məgər yeganə dərdiniz və izlədiyiniz mənəm? RTÜk-dən soruşuram: mənə kəsdiyin cəriməni Ece Erkenə və TRT-yə də kəsə biləcəksən? Bu iş nəzarətimdədir. Hamımız görəcəyik”.