» » Boşandıqdan 2 il sonra arvadının xəyanətini öyrəndi

Boşandıqdan 2 il sonra arvadının xəyanətini öyrəndi

Boşandıqdan 2 il sonra arvadının xəyanətini öyrəndi
Boşandıqdan 2 il sonra arvadının xəyanətini öyrəndi Türkiyənin tanınmış memarı Səlim Yuhay boşandıqdan iki il sonra keçmiş arvadının ona xəyanət etdiyini öyrənib.

Ucarliyiq.biz “Hürriyet”ə istinadən xəbər verir ki, “Evim Şahane” verilişinin yaradıcısı olan Səlim 2 il əvvəl 3 uşağının anası, balerina E.A.-dan qarşılıqlı razılaşma əsasında boşanıb. Özünün dizayn etdiyi evi həyat yoldaşına və uşaqlarına verən Y.Yuhay 2 il sonra şəxsi əşyalarının arasından dəftər tapıb. Həmin dəftərdə E.A. ilə evli kişi C.G.-nin bir-birlərinə olan sevgi etirafları və evlilik təklifi yazılıbmış. Memarın xanımı 2013-cü ildə ona evlilik təklifi etmiş C.G.-yə “Ərim, işığım və hər şeyim olaraq səni qəbul edirəm” cavabını yazıb.

Arvadı tərəfindən aldadılaraq boşanmağa razı salındığını və protokol imzalayaraq evini ona verdiyini öyrənən Səlim depressiyaya düşüb. Bunun heyfini isə o, keçmiş xanımını və sevgilisini məhkəməyə verib təzminat tələb etməklə çıxmaq qərarına gəlib. O, E.A ilə C.G.-nin hər birindən 10 min lirə (təxminən 5 min manat) tələb edib.

Xəyanətlə üzləşdiyini anlayan S.Yuhay dərin stress keçirdiyindən “Evim Şahane” verilişinin çəkilişlərini də dayandırıb.