» » Aktrisanın ölüm xəbəri yayıldı, ara qarışdı

Aktrisanın ölüm xəbəri yayıldı, ara qarışdı

Aktrisanın ölüm xəbəri yayıldı, ara qarışdı
Aktrisanın ölüm xəbəri yayıldı, ara qarışdı Aktrisa Gülnihal Dəmirin ölüm xəbəri yayılıb.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, Muğla əyalətinin Menteş bələdiyyəsi tərəfindən vətəndaşların telefonuna “Gülnihal Dəmir vəfat edib. Cənazəsi məsciddə günorta namazından sonra götürüləcək” ismarışı göndərilib. Bu mesaj isə aranı qarışdırıb. İsmarışdan sonra aktrisanın telefonuna minlərlə zəng gəlib.

G.Dəmir açıqlamasında “Ölüm Allahın əmridir, amma mən sağam. Hələ çox layihələrə imza atacağam” deyib.

Qeyd edək ki, qarışıqlıq ad-soyad bənzərliyindən yaranıb. Belə ki, rəhmətə gedən 1933-cü il təvəllüdlü vətəndaş Gülnihal Dəmir olub.