» » O da biznesə başladı
O da biznesə başladı
O da biznesə başladı Müğənni Yeşim Salkım da bizneslə məşğul olan məşhurlar sırasına qoşulub.

Ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, 48 yaşı olmasına baxmayaraq, dərisinin gözəlliyi ilə gənc qızlardan geri qalmayan ifaçı özünü kosmetika məhsullarının ticarəti sahəsində sınamaq qərarına gəlib. Yeşim açıqlamasında “Öz adımı daşıyan bir krem istehsal edirik. Mən bu yaşımadək üzümə heç nə sürtməmişəm. Buna görə də, hazırlanan məhsula əvvəlcə özüm güvənməliyəm” deyib.

Qeyd edək ki, Məryəm Üzərli, Ebru Şallı, Emina Sandal, Eda Taşpınar, Banu Zorlu kimi tanınmışlar dab u sektorda fəaliyyət göstərirlər.