» » Bade İşçil həyat yoldaşı ilə yenə dalaşdı

Bade İşçil həyat yoldaşı ilə yenə dalaşdı

Bade İşçil həyat yoldaşı ilə yenə dalaşdı
Bade İşçil həyat yoldaşı ilə yenə dalaşdı

Aktrisa Bade İşçil və həyat yoldaşı, iş adamı Malkoç Süalp boşanmağa qərar verdikdən sonra aralarındakı gərginlik getdikcə artmaqda idi.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, bir-birinə qarşı sərt ittihamlar səsləndirərək məhkəməyə verən tərəflər heç kəsin gözləmədiyi bir anda, bir neçə həftə əvvəl barışdıqlarını nümayiş etdirmişdilər. Məhkəmə iddialarını geri çəkən cütlük bunu oğulları Azur üçün etdiklərini bildirmişdilər.

Yenidən bir araya gəldikdən sonra səyahətə gedən, birgə foto paylaşan ikilinin barışığı uzun çəkməyib. Eyni evdə yaşamağa başlayan Bade və Malkoç bu dəfə Etilerdəki evin sahibliyi üstündə mübahisə ediblər. Aktrisa mülk üstündə növbəti dəfə həyat yoldaşı ilə üz-üzə gəldikdən sonra oğlu Azuru da götürərək Büyükadada yaşayan ailəsinin yanına gedib. Onların boşanma davalarını yeniləcəyi deyilir.

Bade İşçil həyat yoldaşı ilə yenə dalaşdı