» » Rza Zərrabın bu istəyi Ebru Gündeşi kövrəltdi

Rza Zərrabın bu istəyi Ebru Gündeşi kövrəltdi

Rza Zərrabın bu istəyi Ebru Gündeşi kövrəltdi
Rza Zərrabın bu istəyi Ebru Gündeşi kövrəltdi

ABŞ-da tutulan və 75 il həbsi istənilən iş adamı Rza Zərrabın həyat yoldaşı, müğənni Ebru Gündeş onun ilk məhkəməsi üçün Mayamiyə gedib.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, ərinin həbsindən sonra qızı Alaranı İstanbula gətirən ifaçı "Rza məni yanında istəyər" deyərək geri dönüb. O, aprelin 4-də baş tutacaq məhkəmədə iştirak edəcək və 3 həftə ABŞ-da qalacaq.

R.Zərrabın E.Gündeşdən bir istəyi olduğu öyrənilib. O, vəkilləri vasitəsi ilə "Qızımızı gətirmə, yaşananların ona pis təsir etməsini istəmirəm. Məhkəmə xeyrimizə bitəcək və ona bir yerdə qayıdacağıq" sözlərini çatdırıb. Ebru həyat yoldaşının bu istəyi qarşısında kövrələrək onun dediyinə əməl edib.