» » Arda Turan ikinci dəfə toyunu ləğv edə bilər - foto

Arda Turan ikinci dəfə toyunu ləğv edə bilər - foto

Arda Turan ikinci dəfə toyunu ləğv edə bilər - foto
Arda Turan ikinci dəfə toyunu ləğv edə bilər - foto Futbolçu Arda Turanın evlənməyə hazırlaşdığı Aslıhan Doğandan ayrılması barədə xəbərlər gündəmdən düşmür.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, Arda Aslıhanın şəxsi həyatlarına aid fotoları paylaşmasına əsəbiləşib. Artıq 20 gündən çoxdur ki, ayrı yaşayan cütlüyün ayrıldığı istisna edilmir.

Ardanın qardaşının Aslıhanı İnstaqramda izləməni dayandırmasından sonra eyni şeyi Aslıhanın bacısı da edib. O, Ardanı təqib siyahısından çıxarıb. Bunun ardından Aslıhan İnstaqram profilini dondurub.

Arda Turan isə dünən etdiyi paylaşımı ilə diqqət çəkib. O, öz fotosunu paylaşaraq "İşığımız sönməsin!!!" qeydini yazıb. İzləyicilər fotoya "ayrıldılar" şərhini yazdığı üçün futbolçu paylaşımı silib.

Qeyd edək ki, Arda aktrisa Sinem Koballa da eyni hadisəni yaşamışdı. O, toylarına az qalmış Sinemdən ayrılmışdı.

Arda Turan ikinci dəfə toyunu ləğv edə bilər - foto

Arda Turan ikinci dəfə toyunu ləğv edə bilər - foto