» » Primadonnanın əri xəstəxanaya aparıldı

Primadonnanın əri xəstəxanaya aparıldı

Primadonnanın əri xəstəxanaya aparıldı
Primadonnanın əri xəstəxanaya aparıldı Rusiya estradasının primadonnası Alla Puqaçovanın şoumen əri Maksim Qalkin xəstəxanaya yerləşdirilib.

Ucarliyiq.biz Rusiya mətbuatına istinadən xəbər verir ki, Qryaz kəndində təsərrüfatla məşğul olan Qalkinin halı qəfil pisləşib. İlk öncə şoumenin appendisitdən əziyyət çəkdiyi düşünülsə də, xəstəxanda məlum olub ki, Maksim məşq zalında belini incidib.

Xəstəxana müayinələrindən sonra evə buraxılan primadonnanın əri “Mən yaşayıram və sağlamam. Narahat olduğunuza görə çox sağ olun” deyib.