» » Bu dəfə onu "öldürdülər"

Bu dəfə onu "öldürdülər"

Bu dəfə onu "öldürdülər"
Bu dəfə onu "öldürdülər" 80-90-cı illərin məşhur amerikalı müğənnisi Treysi Çepmenin ölüm xəbəri yayılıb.

Ucarliyiq.biz xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-da ortaya atılan bu iddia qısa zamanda bütün dünyaya yayılıb. Müğənninin milyonlarla pərəstişkarı “Hüzur içində yat Treysi Çepmen” yazaraq başsağlığı verib. İddialar sürətlə yayıldığından Treysinin mətbuat katibi açıqlama vermək məcburiyyətində qalıb.

O, “Treysi Çepmen internetdə yayılan qəribə zarafatın qurbanı olub. O sağdır və səhhəti də yaxşıdır” deyə yazılı müraciət yayıb.