» » Cey Lodan illər sonra böyük etiraf: "Peşmanam..."

Cey Lodan illər sonra böyük etiraf: "Peşmanam..."

Cey Lodan illər sonra böyük etiraf: "Peşmanam..."
Cey Lodan illər sonra böyük etiraf: "Peşmanam..."

46 yaşlı müğənni Cennifer Lopez həyatındakı ən böyük peşmanlığının həmkarı Mark Entoni ilə evliliyi olduğunu açıqlayıb.

Ucarliyiq.biz - in məlumatına görə, son vaxtlar karyerasında yüksəliş yaşayan Cey Lo Markla 7 illik evliliyi haqda danışıb. O, "Entertainment Weekly" və "People" jurnallarının yayım direktoru Cess Keqlə (Jess Cagle) müsahibəsində "O dövrdə evliliyimi davam etdirə bilmək üçün öz yolumu itirmişdim" deyib

Lopez və Entoni 1997-ci ildə ilk dəfə sevgili olmuşdular. Lakin hər ikisi başqa insanlarla ailə qurmuş, 2004-cü ildə isə yenidən bir araya gəlib evlənmişdilər. Bu evlilikdən 4 il sonra Maks və Emme adlı əkiz uşaqları olmuşdu. 2012-ci ildə isə Mark "uzlaşmayan fərqliliklər" səbəbi ilə boşanma davası açmışdı.

Lopez o dövr haqda elə danışır:

"Həm Mark, həm də mən ölənə qədər birlikdə qalmalı olduğumuzu düşünmüşdül. Bütün ürəyimi və ruhumu evliliyi davam etdirməyə həsr edərək əslində kim olduğumu unutmuşdum. Ancaq boşandıqdan sonra nə qədər güclü olduğumu hiss etdim. Kaş ki, xoşbəxt olmayan bir evliliyi davam etdirmək üçün bu qədər zəhmət çəkməzdim".

Bu evlilikdən sonra Cennifer özündən 18 yaş balaca rəqqas Kasper Smatla sevgili olur. Mark isə 2014-cü ildə indiki həyat yoldaşı Şanon De Lima ilə evlənib.

Cey Lo keçmiş həyat yoldaşı ilə uşaqları üçün dost qalmağa qərar verdiklərini deyib:

"Ataları olmayanda atalarının onları nə qədər çox sevdiyini xatırlatmaq mənim məsuliyyətimdədir. Onların bu mövzuda kədərlənmələrini istəmirəm. Eyni şəkildə, ataları ilə olanda Mark "ananız indi işləyir, amma sizi çox sevir" deyir".

Cey Lodan illər sonra böyük etiraf: "Peşmanam..."

Cey Lodan illər sonra böyük etiraf: "Peşmanam..."

Cey Lodan illər sonra böyük etiraf: "Peşmanam..."

Cey Lodan illər sonra böyük etiraf: "Peşmanam..."