» » Qızı üçün pencəyini hərraca çıxardı

Qızı üçün pencəyini hərraca çıxardı

Qızı üçün pencəyini hərraca çıxardı
Qızı üçün pencəyini hərraca çıxardı Dünya şöhrətli amerikalı aktyor Harrison Ford “Ulduz döyüşləri” filmində çəkildiyi Xan Solo obrazında geyindiyi dəri pencəyini hərraca çıxarır.

Ucarliyiq.biz xarici mətbuata istinadən xəbər verir ki, 73 yaşlı aktyor bunu qızı Corciyanın müalicə olundğu xəstəxanaya maddi yardım göstərmək üçün edir. Harrisonun qızı Nyu-York Universitetinin nəzdində fəaliyyət göstərən xəstəxanada epilepsiyadan müalicə olunur. Hollivud ulduzu 25 yaşlı qızı adına sevdiyi Xan Solo obrazındakı pencəyinin satışından gələn gəliri bütövlükdə xəstələrin müalicəsinə sərf edəcək.

Qızından danışarkən göz yaşlarını saxlaya bilməyən H.Ford “Çox sevdiyin birinin əziyyət çəkdiyini görmək insanı məhv edir. Bu xəstəliyin onun həyatına, gələcəyinə, qarşısına çıxacaq fürsətlərə necə təsir etdiyini bilirəm. Ümidsizcəsinə, bu ağrını yüngülləşdirməyə çalışıram. Qızımın səbrinə və gücünə heyranam. O, mənim qəhrəmanımdır. Onu çox sevirəm” deyib.

Qızı üçün pencəyini hərraca çıxardı