» » "KİA-Motors" maşınları dəyər-dəyməzinə satır

"KİA-Motors" maşınları dəyər-dəyməzinə satır

"KİA-Motors" maşınları dəyər-dəyməzinə satır
Azərbaycanda ən böyük avtomobil ixracatçılarından biri olan “KİA-Motors Azərbaycan” şirkəti problemlə üzləşib.

Ucarliyiq.biz “AzNews.az”a istinadən xəbər verir ki, ölkədə bütün növ avtomobillərə tələbatın azalması səbəbindən şirkətin bir sıra salonu bağlanıb. Bunların arasında Babək prospektində olan böyük avtosalon, eləcə də Gəncədəki satış mərkəzi də var.

Digər məlumata görə, maliyyə problemi üzündən şirkətdə böyük ixtisarlara başlanılıb. Hətta şirkətdə uzun illər çalışan türkiyəli top menecerlərlə əməkdaşlığa da son qoyulub. Artıq türkiyəli mütəxəssislər “KİA-Motors Azərbaycan”dakı işlərindən ayrılaraq vətənlərinə qayıdıblar.

Vəziyyət o həddə çatıb ki, şirkət bütün növ avtomobillərin qiymətində endirim etmək məcburiyyətində qalıb. Bildirilir ki, anbarlarda qalan və satılmayan bütün maşınların dəyər-dəyməzinə satışına başlanılıb.

Qeyd edək ki, son günlər şirkətin adı bir sıra qalmaqalda hallanır. Dövlət büdcəsindən 40 milyon vəsaitin gizlədilməsi, “Parabank” vasitəsilə çirkli pulların yuyulması və buna görə məhkəmə çəkişmələrinin olması da yayılan informasiyalar sırasındadır.

Mənbə: </span