» » Tatlısəs "övladım" dediyi Rza Zərrabı yadına salmır

Tatlısəs "övladım" dediyi Rza Zərrabı yadına salmır

Tatlısəs "övladım" dediyi Rza Zərrabı yadına salmır
Tatlısəs "övladım" dediyi Rza Zərrabı yadına salmır Müğənni İbrahim Tatlısəs “övladım” adlandırdığı cənubi azərbaycanlı iş adamı Rza Zərrabın həbsindən sonra səssizliyini qoruyur.

Ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni Ebru Gündeşin həyat yoldaşı, iş adamı Rza Zərrab Mayami tətili zamanı həbs olunduqdan sonra Tatlısəs məsələ ilə bağlı bir kəlmə belə danışmayıb.

Xatırladaq ki, İbrahim Tatlısəs vaxtilə Rza Zərraba “Mən heç kimə boş yerə övladım demərəm. Rzaya övlad demişəmsə, yerində söyləmişəm. Gözlərindən öpürəm” sözləri ilə təriflər yağdırmışdı.