» » "Evli adama belə sual verərlər?"

"Evli adama belə sual verərlər?"

"Evli adama belə sual verərlər?"
"Evli adama belə sual verərlər?" 19 illik həyat yoldaşı Ceyda Sabahın boşanmaq üçün məhkəməyə müraciət etdiyi müğənni Coşkun Sabah konserti zamanı görüntülənib.

Ucarliyiq.biz “Hürriyet”ə istinadən xəbər verir ki, ifaçı səhnəyə çıxmazdan əvvəl ayaqüstü yemək yeyib. Jurnalistlərin “Evdə yemək yemirsiniz” sualına Coşkun “Evli bir adama bu sual verilər? Həyat yoldaşım evdədir. Bu gün tez çıxdım deyə, acdım” cavabını verib. Daha əvvəl açıqlamasında “Ceyda məndən ayrılsa, intihar edərəm” deyən ifaçı boşanmadan da danışıb:

“Xanımım məndən inciyib. Eyni evdə yaşayırıq. İnadkar olduğu üçün məhkəmədən ərizəsini geri götürmür. Onsuz da tərəflər eyni evdə yaşamağa davam edirsə, hakim boşanmanı ləğv edir”.

Xatırladaq ki, Ceyda Coşkunun xəyanəti səbəbindən ondan ayrılmaq qərarına gəlib.