» » Beren Saat onu bağışlamadı - 1 il 3 ay həbs

Beren Saat onu bağışlamadı - 1 il 3 ay həbs

Beren Saat onu bağışlamadı - 1 il 3 ay həbs
Beren Saat onu bağışlamadı - 1 il 3 ay həbs

Aktrisa Beren Saat mühasibat, vergi və digər maliyyə işləri ilə məşğul olan köməkçisi Muharrem Araza Vergi İdarəsinə ödəməsi üçün 78 min lirə (təxminən 26 min manat) verib.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, lakin mühasibinin pulu ödəmədiyini öyrənən Beren gecikdiyi üçüb 18 min lirə (təxminən 6 min amanat) cərimə ödəməli olub. O, bunun ardından M.Arazı məhkəməyə verib.

Baş tutan məhkəmədə aktrisanın şikayəti haqlı sayılıb. Mühasib ona verilən etibardən sui-istifadə etdiyi üçün 1 il 3 ay həbs cəzası alıb. Məhkəmə onun B.Saata vurduğu zərəri ödəməməsini, məhkəmə zamanı davranışını və peşmanlıq hissi keçirməməsini nəzərə alaraq cəzanı təxirə salmayıb.