» » "İşte benim stilim"də Azərbaycan unudulmadı: "Türkiyə sizinlədir..."

"İşte benim stilim"də Azərbaycan unudulmadı: "Türkiyə sizinlədir..."

"İşte benim stilim"də Azərbaycan unudulmadı: "Türkiyə sizinlədir..."
"İşte benim stilim"də Azərbaycan unudulmadı: "Türkiyə sizinlədir..."

HƏMYERLİMİZ BİRİNCİ OLMASA DA...

Dünən "İşte benim stilim" dəb yarışmasının final gecəsi baş tutub.

Ucarliyiq.biz - in məlumatına görə, finala qalan azərbaycanlı iştirakçı Ayşan Ocaqverdiyeva podiumda çıxışından sonra münsiflər qarşısına çıxıb. Proqramda qonaq olan müğənni Sinan Akçıl "Azərbaycan hazırda çətin günlərdən keçir, Türkiyə hər zaman sizinlədir" deyərək son günlər cəbhədə baş verən hadisələrə laqeyd qalmadıqlarını nümayiş etdirib. Stilist Hakan Akkaya "Kədəriniz kədərimizdir..." deyərək dəstəyini göstərib.

Ayşan podiuma "Qaya" qrupunun "Ey həyat, sən nə qəribəsən" mahnısı ilə çıxıb. Münsiflər onun yarışma boyu intizamı və tərbiyəsi ilə seçildiyini qeyd ediblər.

Gecənin qalibi isə Yeşim Aydın olub. Digər ardıcıllıq isə belə olub: Bahar Candan, Meral Avcı, Selay Topçuoğlu, Ayşan Ocaqverdiyeva, Yağmur Taktaş və Tuğba İldiz...

Bahar Yeşimin birinciliyi elan olunan kimi podiumu tərk edib.