» » Ebrudan atasına 280 minlik yardım

Ebrudan atasına 280 minlik yardım

Ebrudan atasına 280 minlik yardım
Ebrudan atasına 280 minlik yardım Türkiyəli müğənni Ebru Gündeş atasının illərdir kirayədə yaşadığı mağazanın satılacağını eşidib, onu özü alıb.

Ucarliyiq.biz - in xarici KİV-ə istinadən xəbərinə görə, sənətçi məkana 280 min lirə (149 min manat) ödəyib.

Həyat yoldaşı Rıza Zərrab Mayamidə həbs ediləndən sonra ağır günlər yaşayan Ebru bununla atasını sevindirib. Remzi Gündeş uzun illərdir burada köhnə əşyalar satır, gecələr də məkanda yatır.

"Allah ondan razı olsun. Köməyimə çatdı. Bura satılsaydı pis günə qalardım. Mən burdan başqa yerdə yaşaya bilmərəm. Üç aydır gözümə rahat yuxu girmir. Qızım buranı aldıqdan sonra rahat yata bilirəm. Allah onu həyat yoldaşına qovuşdursun" deyə, Remzi Gündeş bildirib.

Ebrudan atasına 280 minlik yardım