» » Aktyora 50 minlik təklif

Aktyora 50 minlik təklif

Aktyora 50 minlik təklif
Aktyora 50 minlik təklif “Star”da yayımlanan “Möhtəşəm yüz il: Kösəm” serialında I Əhməd rolunu canlandıran aktyor Ekin Koç növbəti mövsümdə layihəni tərk edəcək.

Ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, tarixi gedişata uyğun olaraq onun yerinə I Mustafa gələcək. Bu rolu isə aktyor Engin Akyürekin canlandıracağı deyilir.

Ekin Koç seriyabaşına 25 min lirə (təxminən 12 min 500 manat) alırdısa, Engin roluna görə 50 min lirə (təxminən 25 min manat) qonorar alacaq. Artıq Enginlə müqavilə də imzalanıb.