» » Gənc aktyor şizofreniyadan əziyyət çəkir

Gənc aktyor şizofreniyadan əziyyət çəkir

Gənc aktyor şizofreniyadan əziyyət çəkir
Gənc aktyor şizofreniyadan əziyyət çəkir Uşaq yaşlarından “Star Wars”da (“Ulduz döyüşləri”) çəkildiyi rolla məşhurlaşan 27 yaşlı aktyor Ceyk Lloyda şizofren diaqnozu qoyulub.

Ucarliyiq.biz xarici mətbuata istinadən xəbər verir ki, amerikalı aktyorun anası Liza “TMZ”yə açıqlamasında oğlunun iyundan bəri olduğu həbsxanadan psixatriya xəstəxanasına köçürüldüyünü deyib.

Xatırladaq ki, Ceyk Lloyd ötən il sürət həddini aşaraq polisin xəbərdarlığına məhəl qoymamış və qəzaya səbəb olmuşdu. Sürücülük vəsiqəsi olmayan aktyor bu səbəbdən həbs edilmişdi.