» » Xalq artisti qızı ilə Malaziyada konsert verib - (FOTO)

Xalq artisti qızı ilə Malaziyada konsert verib - (FOTO)

Xalq artisti qızı ilə Malaziyada konsert verib - (FOTO)

Azərbaycanın Malayziyadakı səfirliyinin dəstəyi və "Pusaka" qurumunun təşkilatçılığı ilə "Diverse City 2015: Kuala Lumpur" Beynəlxalq İncəsənət Festivalı çərçivəsində Kuala-Lumpurun konsert sarayı "Dewan Filarmonik Petronas"da tanınmış muğam ustası, xalq artisti Alim Qasımovun konserti keçirilib.

Ucarliyiq.biz - in məlumatına görə, konsertə gələnlər arasında Malayziyanın sabiq baş naziri Əhməd Bədəvi, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, tanınmış sənətçilər, yerli və xarici media qurumlarını təmsil edən jurnalistlər, Kuala-Lumpurda yaşayan həmvətənlərimiz olublar.

"Sarı gəlin" Azərbaycan xalq mahnısı ilə başlayan konsertdə Alim Qasımov və qızı, əməkdar artist Fərqanə Qasımovanın ifasında səslənən muğamlar və xalq mahnıları tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Konsertdən sonra sənətkarlarla görüşən tamaşaçılar onların ifasına heyran qaldıqlarını, Azərbaycan musiqisini canlı dinləmək fürsəti əldə etdiklərini və ölkəmizin belə zəngin musiqi mədəniyyətinə malik olmasının bir daha canlı şahidi olduqlarını bildiriblər. Azərbaycan musiqi alətlərinin onlarda böyük maraq doğurduğunu vurğulayıblar.

Alim Qasımovun Malayziyaya səfəri və "Diverse City 2015: Kuala Lumpur" Beynəlxalq İncəsənət Festivalında çıxışı yerli mətbuatda da geniş işıqlandırılıb.

Konsertdən bir gün əvvəl Azərbaycanın Malayziyadakı səfirliyi tərəfindən Alim Qasımovun şərəfinə ziyafət təşkil olunub. Ziyafətdə bir sıra yüksək səviyyəli qonaqlar, KİV nümayəndələri, Azərbaycan və türk icmalarının üzvləri iştirak ediblər. Ziyafət çərçivəsində A.Qasımov jurnalistlərin suallarını da cavablandırıb. (AzərTac)

Mənbə: </span