» » Əmrah Acun İlıcalını məhkəməyə verdi: "Hörmətsizlikdir..."

Əmrah Acun İlıcalını məhkəməyə verdi: "Hörmətsizlikdir..."

Əmrah Acun İlıcalını məhkəməyə verdi: "Hörmətsizlikdir..."
Əmrah Acun İlıcalını məhkəməyə verdi: "Hörmətsizlikdir..."

Müğənni Əmrah mahnılarının TV8-də icazəsiz yayımlanması iddiasıyla kanal rəhbəri Acun İlıcalını məhkəməyə verib.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatıan görə, sənətçi "O səs Türkiyə", "Yetenek Sizsiniz", "Rising Star" yarışmalarında iştirakçıların ona aid mahnılarını icazəsiz səsləndirdiyi üçün 225 min lirə (təxminən 130 min manat) təzminat və 119 min lirə (təxminən 60 min manat) mənəvi təzminat tələb edib.

Bu mahnılar arasında "İhtiyacı Var", "Unutabilsem" və "Götür Beni Gittiğin Yere" var. Əmrah bu haqda belə deyib:

"Bu, sadəcə mənimlə bağlı məsələ deyil. Məndən əlavə onlarla bəstəkara hörmətsizlik edilir. Haqları ödənmir, adları hətta yazılmır. Bu haqsızlığa "dur" dedik. Televiziyalar istifadə etdikləri mahnıların müəllif hüquqlarını ödəməyi öyrənməlidilər. Mahnılar olmasa, nəylə proqram hazırlayacaqlar".