» » Məşhur türk aktrisa haqda məhkəmə qərarı: "Müalicə olunmalıdır..."

Məşhur türk aktrisa haqda məhkəmə qərarı: "Müalicə olunmalıdır..."

Məşhur türk aktrisa haqda məhkəmə qərarı: "Müalicə olunmalıdır..."
Məşhur türk aktrisa haqda məhkəmə qərarı: "Müalicə olunmalıdır..."

Aktrisa Berrak Tüzünataça "narkotik maddədən istifadə və satın almaq" ittihamıyla keçirilən məhkəmə sona çatıb.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, İstanbul məhkəməsində baş tutan qarşıdurmaya aktrisanın vəkili qatılıb. O, müvəkkilinin narkotik maddədən istifadə etmədiyini deyib:

"Onun nə əlində, nə də üstündə narkotik maddə tapılıb. Həm də hadisə baş verən vaxt narkotikdən istifadə hələ cinayət kimi qəbul edilmirdi. Ona görə də müvəkkilim bəraət almalıdır".

Məhkəmə isə Berrakın qadağan olunmuş maddədən istifadə etdiyini və buna görə də müalicəyə ehtiyacı olduğunu deyib. Aktrisa həbs olunmasa da, şərti azadlıq cəzası alıb. Tüzünataçın məhkəmə qərarına riayət etmədiyi məlum olarsa, cinayət işi yenidən açılacaq.

Qeyd edək ki, Berrak "Ezel", "Möhtəşəm yüz il", "Filinta" seriallarında çəkilib.