» » Bülent Ersoy ifadə verdi: "Sanki atasını mən öldürmüşəm.."

Bülent Ersoy ifadə verdi: "Sanki atasını mən öldürmüşəm.."

Bülent Ersoy ifadə verdi: "Sanki atasını mən öldürmüşəm.."
Bülent Ersoy ifadə verdi: "Sanki atasını mən öldürmüşəm.."

Türk Hava Yolları ilə səfəri zamanı təhlükəsizlik kəmərini bağlamamaqda israr edərək uçuşu gecikdirdiyi iddiasıyla məhkəməyə verilən müğənni Bülent Ersoy ifadəsini verib.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, ifaçıya qarşı 1 ilə qədər həbs iddiası qaldırılıb. İlk məhkəməyə sağlamlığındakı problemlərə görə qatılmayan Bülent bu gün vəkili ilə birgə məhkəmə binasına gələrək günahsız olduğunu deyib.

O, təyyarədəki heyətə iki dəfə əməliyyat keçirdiyi üçün kəməri taxa bilməyəcəyini söylədiyini deyib. B.Ersoy işçilərin onu başa düşməməsi səbəbindən ətrafdakı insanlardan haqsız yerə "çox pulun varsa, xüsusi təyyarə tutaydın" sözlərini eşitdiyini vurğulayıb:

"Hətta buna görə hamıdan üzr də istədim. Təyyarənin gecikməsi ilə rahatlığın və sakitliyin pozulduğuna inanmıram. Məni şikayət edən sərnişinlərdən biri "xəstə atama bir saat gecikdim, 3 gün sonra atam öldü" deyib. Sanki mən öldürmüşəm. Polisi çağırdım, mən şikayətçi idim, amma müttəhim olmuşam indi. İttihamların heç birini qəbul etmirəm".

Məhkəmə hakiminin onun bu qədər yolu Antalyaya gəlməsinə ehtiyac olmadığını deməsindən sonra "Ersoyn "Məhkəməyə olan hörmətimə görə gəldim" deyib. Daha sonra məhkəmə təxirə salınıb.

Çıxışda müğənni ədliyyə işçiləri və vətəndaşlarla foto çəkdirib. Qara libası və şlyapası ilə diqqət çəkən B.Ersoy Antalyada yaxta gəzintisinə çıxacağını deyib. O, jurnalistlərə "fotolarımı gözəl çəkin" deyərək zarafatlaşıb.