» » "Survivor"da gözlənilməz ayrılıq: sosial media qarışdı - videolar

"Survivor"da gözlənilməz ayrılıq: sosial media qarışdı - videolar

"Survivor"da gözlənilməz ayrılıq: sosial media qarışdı - videolar
"Survivor"da gözlənilməz ayrılıq: sosial media qarışdı - videolar

Türkiyənin ən reytinqli yarışma proqramı "Survivor"da dünən gözlənilməz hadisələr baş verib.

Ucarliyiq.biz - in məlumatına görə, "Könüllülər" komandasının üzvləri Semih və Zafer arasında baş verən qarşıdurma aparıcı və təşkilatçı Acun İlıcalının sərt qərar verməsinə səbəb olub.

Zafer Semihi təhdid etdiyi üçün yarışmadan uzaqlaşdırılıb. Semihin həmin komandada heç kimlə yola getməməsi isə onun digər, "Məşhurlar" komandasına köçürülməsi ilə nəticələnib.

Bunun ardından sosial mediada "Survivor" tarixinin ən böyük müzakirələrindən biri açılıb. Tvitterdə dünya trendləri arasına girən "survivor" heşteqində insanlar Acunun münasibətini birmənalı qarşılamayıblar. Bəzilərinin fikrincə, Semih adanı dəyişirdisə, Zaferin getməsinə ehtiyac qalmadığını bildirib. Digər qisim insanlar isə əsas təhrikçinin Semih olduğunu nəzərə alaraq onun yarışmadan getməsini istəyiblər. İnsanların çoxu isə "Məşhurlar" adasında Semihlə Atakanın mübarizəsini maraqla gözlədiklərini vurğulayıblar.