» » Hadisə geyiminin "erməni bayrağı"na bənzədilməsinə cavab verdi

Hadisə geyiminin "erməni bayrağı"na bənzədilməsinə cavab verdi

Hadisə geyiminin "erməni bayrağı"na bənzədilməsinə cavab verdi
Hadisə geyiminin "erməni bayrağı"na bənzədilməsinə cavab verdi Müğənni Hadisə “O ses çocuklar” yarışmasında geyindiyi və erməni bayrağına bənzədildiyi üçün gündəmə çevrilən geyimi ilə bağlı iddialara cavab verib.

Ucarliyiq.biz - in məlumatına görə, sosial şəbəkədə Aşıq Veysəldən sitat paylaşan ifaçı geyimini erməni bayrağına bənzədənləri cahil adlandırıb:

“Haqqımda yazılan çox şeyə, adətən qulaq asmıram. Amma bu sözlərim türklüyümə, mədəniyyətimə, mənliyimə əsassız şərh yazan ürəyi kiçik insanlar üçündür. Cahillə cahil olmaqdansa, susmaq lazımdır. Başqa işiniz yoxdur? Geyindiyim libası ucu-bucağı olmayan, insanlıqdan kənar, xəstə təfəkkürünüzlə müzakirə edə bilməzsiniz! Sosial media qarayaxma meydanı deyil. Hamıya sülh və hüzur dolu həyat, dünya arzulayıram”.

Xatırladaq ki, Hadisənin geyimi yanlışlıqla erməni bayrağına bənzədilmiş, daha sonra isə rənglərin uyğunsuzluğu ortaya çıxmışdı.

Hadisə geyiminin "erməni bayrağı"na bənzədilməsinə cavab verdi