» » Murad Bozdan sürpriz qərar

Murad Bozdan sürpriz qərar

Murad Bozdan sürpriz qərar
Murad Bozdan sürpriz qərar

Müğənni Murad Boz karyerasında filmlərə daha çox yer ayırmaq qərarına gəlib.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, Büşra Pekinlə çəkildiyi "Hadi İnşallah" 1 milyon 255 min nəfər, Burak Özçivit və Aslı Enverlə kamera qarşısına keçdiyi "Kardeşim benim" isə 2 milyondan çox adam tərəfindən izlənildikdən sonra ifaçı film prodüseri kimi özünü sınamaq istəyir.

Sürpriz qərarla hər kəsi təəccübləndirən Boz yeni film layihəsində "Kardeşim benim"də birlikdə işlədiyi "TAFF Pictures"lə şərik olacaq. O, şirkətlə müqavilə imzalayaraq prodüser-aktyor kimi razılaşıb.

Keçən həftə "Janti" adlı albomu ilə 5 il sonra musiqi siyahılarında yerini alan ifaçını turne və tanıtımlardan sonra filmləri ilə məşğul olacaq.