» » Murad Boz sevgilisini keçmiş ərindən qısqandı

Murad Boz sevgilisini keçmiş ərindən qısqandı

Murad Boz sevgilisini keçmiş ərindən qısqandı
Murad Boz sevgilisini keçmiş ərindən qısqandı Aktrisa Aslı Enverlə evlilik planları quran müğənni Murad Boz sevgilisindən xüsusi xahiş edib.

Ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçı Aslıdan işlədiyi menecer şirkətini dəyişməsini istəyib. Buna səbəb isə A.Enverin keçmiş həyat yoldaşı Birkan Sokullunun da həmin şirkətdə çalışmasıdır. Aslı ilə keçmiş ərinin üz-üzə gəlməsini istəməyən Murad bununla da onların qarşılaşmaq ehtimalını aradan qaldırmağa çalışıb.

Aktrisa da sevgilisinin xahişini qəbul edərək şirkətlə əlaqəni kəsmək üçün məsul şəxslərlə artıq danışıqlara belə başlayıb. Murad Aslının Birkanla eyni layihələrdə yer almasına da qarşıdır.

Qeyd edək ki, hazırda Birkan Sokullu sevgilisi Berrak Tüzünataçla da eyni agentlikdə işləyir.