» » Demet Akalının həyat yoldaşından etiraz: "Yalandır..."

Demet Akalının həyat yoldaşından etiraz: "Yalandır..."

Demet Akalının həyat yoldaşından etiraz: "Yalandır..."
Demet Akalının həyat yoldaşından etiraz: "Yalandır..."

Dünən müğənni Demet Akalının iş adamı həyat yoldaşı Okan Kurtun jurnalistlərə qarşı mədəniyyətsizlik etməsi barədə xəbərlər yayılmışdı.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, Okan bu xəbərlərin həqiqəti əks etdirmədiyini deyib:

"Jurnalistlərlə aram yaxşıdır. Mən əməyə hörmət edən adamam. Onlar da işlərini görürlər. Söyüş söyməyim tamamilə yalandır. Hətta belə bir xəbərdə adımın hallanması məni kədərləndirdi".

Konsertdə Demet Akalının jurnalistlərə müsahibə verməkdən imtina etməsi barədə danışan Okan "Demet Türkiyənin ən sevilən səslərindən biridir. Eyni zamanda bir uşaq anası olmuş sənətçidir. yazılan xəbərlərə diqqət etmək lazımdır" deyib.

O, eyni zamanda kulisdəki etirazının jurnalistlərə olmadığını vurğulayıb.