» » Demet Akalın İrem, Hadise və Handeyə söz atdı: "Uğursuzlar..."

Demet Akalın İrem, Hadise və Handeyə söz atdı: "Uğursuzlar..."

Demet Akalın İrem, Hadise və Handeyə söz atdı: "Uğursuzlar..."
Demet Akalın İrem, Hadise və Handeyə söz atdı: "Uğursuzlar..."

Müğənni Demet Akalın Erol Kösenin "Her şeyi konuşalım" proqramında sürprizlə qarşılaşıb.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, 43 yaşı tamam olan ifaçını təbrik etmək üçün yüzlərlə fanatı televiziyanın binasına axın edib. Digər sürpriz isə həyat yoldaşı Okan Kurtdan gəlib. O, xəbərsiz şəkildə studiyaya gələrək kameralar qarşısına həyat yoldaşını öpərək təbrik edib.

Canlı yayımda sərt açıqlamalar edən Akalın "bəzi yeni popçular məni təqlid edərək özlərini "sözü açıq deyən" adlandırırlar, amma bacara bilməyib kobudlaşırlar" deyib. Bu sözlərinin ünvanının İrem Derici olduğunu soruşunda Demet cavab verməkdən yayınıb. Daha sonra isə digər həmkarları Hadisə və Hande Yenerə söz ataraq "uğursuz adamlar çimərlik və klub işlədir, mənimsə bütün yay planım çoxdan dolub" deyib.

Demet Akalın İrem, Hadise və Handeyə söz atdı: "Uğursuzlar..."