» » Acun "Survivor"un pərdə arxasından danışdı - yeni qaydalar, final...

Acun "Survivor"un pərdə arxasından danışdı - yeni qaydalar, final...

Acun "Survivor"un pərdə arxasından danışdı - yeni qaydalar, final...
Acun "Survivor"un pərdə arxasından danışdı - yeni qaydalar, final...

"Survivor"un aparıcısı və TV8-in rəhbəri Acun İlıcalı "Survivor Panaroma" proqramına qonaq olub.

Ucarliyiq.biz - in məlumatına görə, Acun proqramla bağlı bir çox məqama aydınlıq gətirib.

O, "Survivor"dakı böyük final gününü və yeni qaydaları açıqlayıb:

"Bundan sonra hər həftə iki yarışmaçı bizi tərk edəcək. Kiprdəki finala 4+1 ya da 4 iştirakçı gedəcək. Hələ qərar verməmişik. Final mayın 29-da olacaq. Final oyunları Dominikan Respublikasında, final səsverməsi isə Kiprdə olacaq".

Acun "yenidən bir "All Star" olacaqmı" sualına belə cavab verib:

"All Star" yox, amma 2017-ci ildə çox böyük sürprizimiz var. Düşündüyümüz şey alınarsa, çox həyəcanlı olacaq".

Aparıcı "birləşmə partisi" haqda da danışıb:

"İki həftə sonrakı birləşməyə musiqi yarışması əlavə edəcəyik. Münsiflərdə Oğuzhan Koç, Seda Bakan və Esat Yontunç olacaq. Partidən sonra hər kəs "Məşhurlar"ın adasına gedəcək. Yenə də "3 adam" zarafatlarını görəcəyik".

İlıcalı komandalar arasındakı ən böyük mükafatlardan birinin adadan çıxaraq Atlantada Beyonsun konsertinə getmək olacağını söyləyib. O, adada ən çox arıqlayan iştirakçıların İbrahim, Efecan və Yunus olduğunu deyib:

"İbrahim "Survivor" tarixində ən çox arıqlayan iştirakçı ola bilər".

O, Semihlə dalaşaraq yarışmanı tərk edən Zafer haqda bunları bildirib:

"Zafer mənim də ən çox sevdiyim yarışmaçılardan idi. Bir gün əvvəl onla mərcləşib penaltilərdə oyun oynamışdıq. Sevdiyim 3 yarışmaçıdan biri idi. Amma ortada bir səhv varsa, sevib-sevməmək müzakirə edilmir".

Acun yarışın sərt qaydaları haqda fikirlərini bildirib:

"Yarışmaçılara yemək verilmir, ancaq qazanmaq şansları var. Onsuz da normal insanın qida ehtiyacı yediklərimizin 3-də biri qədərdir".