» » Azərbaycanlı modeli klubda döyüblər

Azərbaycanlı modeli klubda döyüblər

Azərbaycanlı modeli klubda döyüblər

Bakıda gecə klubunda gənc qadına qarşı zorakılıq olub.

Ucarliyiq.biz - in lent.az-a istinadən məlumatına görə, 8-ci Polis Bölməsinə müraciət edən 1989-cu il təvəllüdlü Şeydayeva Aynur Səhrab qızı Bibiheybət qəsəbəsində yerləşən “Energy” klubda tanımadığı şəxsin hücumuna məruz qaldığını bildirib.

26 yaşlı qadın qeyd edib ki, avqustun 2-də gecə saat 03:30 radələrində klubda tanımadığı şəxs mübahisə zəmnində onu döyərək müxtəlif dərəcəli xəsarətlər yetirib.

Müraciət əsasında araşdırma aparılır.

Qeyd edək ki, Aynur Şeydayeva “Miss Eurovision of Azerbaijan” gözəllik müsabiqəsinin iştirakçısı olub.


Mənbə: Ans