» » Hollivudun məşhur aktrisası İslamı qəbul edir

Hollivudun məşhur aktrisası İslamı qəbul edir

Hollivudun məşhur aktrisası İslamı qəbul edir
Hollivudun məşhur aktrisası İslamı qəbul edir

Qalmaqalları, tez-tez içkili halda görünməsi və səs-küylü hadisələrlə yadda qalan aktrisa Lindsi Lohan verdiyi açıqlamaları ilə çoxlarını təəccübləndirib.

Ucarliyiq.biz - in xarici KİV-ə istinadən məlumatına görə, o, çox dindar olduğunu və tezliklə İslam dinini qəbul edəcəyini bildirib. Katolik ailəsində doğulan Lohanın müsəlman olmaq istəyi haqda dedikləri gözlənilməz olsa da, aktrisanın keçən ilin mayında əlində "Quran" olan fotosu yayılmışdı.

Hollivud ulduzu bu haqda danışıb:

"Mən mənəvi cəhətdən çox dərin biriyəm. Özümü yeni nələrsə öyrənməyə həsr etmişəm. Amerika "Quran"ın təlimini olduğu kimi təsvir etmir".

Lindsinin müsəlmanlığı qəbul etdikdən sonra nisbətən davranışlarına da diqqət edəcəyi deyilir. O, hələ müsəlmanların müqəddəs kitabında göstərildiyi kimi ola bilmədiyini də etiraf edib.

Aktrisanın islamı qəbul etdikdən sonra həyatındakı skandallardan uzaq qalacağı gözlənilir. O, bundan əvvəl də buddizm və kabbalanı öyrənməyə çalışsa da, davranışlarında dəyişiklik olmamışdı.

Qeyd edək ki, Lindsi hazırda rusiyalı Eqor Tarabasovla sevgilidir.

Hollivudun məşhur aktrisası İslamı qəbul edir