» » "Onu heç vaxt unutmayacağam"

"Onu heç vaxt unutmayacağam"

"Onu heç vaxt unutmayacağam"
"Onu heç vaxt unutmayacağam" Xərçəng xəstəliyindən 73 yaşında dünyasını dəyişən Atilla Özdemiroğlunun 15 illik sevgilisi Müjde Ar onunla bağlı xatirələrini bölüşüb.

Ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, verilişlərdən birinə telefonla zəng edən sənətçi 15 il bir yerdə yaşadığı, alkin ailə qurmadığı Atilla Özdemiroğlunun ölüm xəbərindən sarsıldığını bildirib:

“Atillanın xəstə olduğunu bilirdim, amma ölümü mənim üçün şok oldu. Uzun illər onunla eyni həyatı paylaşdıq. Dünya şöhrətli musiqiçi idi. Onu heç vaxt unutmayacağam”.