» » Dünyanın ən məşhur serialının bilinməyən tərəfləri - 6 maddə

Dünyanın ən məşhur serialının bilinməyən tərəfləri - 6 maddə

Dünyanın ən məşhur serialının bilinməyən tərəfləri - 6 maddə
Dünyanın ən məşhur serialının bilinməyən tərəfləri - 6 maddə

Sabah dünyanın ən çox izlənən serialı olan "Taxt oyunları" ("Game of Thrones") yeni mövsümə başlayır.

Ucarliyiq.biz xarici KİV-ə istinadən yeni seriyalarla bağlı bir neçə ipucu təqdim edir:

1. Keçən mövsümün finalından bəri ən çox danışılan obraz Con Snounun ölüb ya ölməməsi barədə çoxlu iddialar səslənmişdi. Conun "Ölüsü də olsa, bəsdir" deyəcək qədər fanatısınızsa, sevinməyə dəyər. Çünki Snou bir neçə seriyada hələ görünəcək. Amma "meyit" şəklində...

Dünyanın ən məşhur serialının bilinməyən tərəfləri - 6 maddə


2. "Qızıl qadın" Melisandredən sonra yeni "qızıl saçlı" görəcəyik. Vary obrazını canlandıran rus-İsrail əsilli Anla Bukstein bu mövsümün ən maraqlı simalarından olacaq.

Dünyanın ən məşhur serialının bilinməyən tərəfləri - 6 maddə


3. Türk aktrisa Sibel Kekillidən sonra bu dəfə Kipr əsilli türk aktyor Tamer Hassan serialda Dothrakilərin lideri Khal Forzonu canlandıracaq. S.Kekilli ilə bağlı da sürpriz var. Belə ki, aktrisa çəkiliş meydançasında yenidən görünüb... "Ölən" obraz yenidən qayıdacaq və ya "flashback" səhnələr olacaq, o, məlum deyil...

Dünyanın ən məşhur serialının bilinməyən tərəfləri - 6 maddə


4. Son treylerdə Cənub və Şimal krallıqları arasında "Qiyamət"ə bənzər savaş görmək olar. Prodüser Brayan Koqman da "bütün zamanların ən böyük "action" səhnəsi" olacaq" deyib.

Dünyanın ən məşhur serialının bilinməyən tərəfləri - 6 maddə


5. Keçən mövsüm Sansa Starkın zorlanma səhnəsindən sonra siyasətçilərin və feministlərin ağır tənqidinə məruz qalan serialda bu mövsüm çılpaq və seks səhnələrinə nisbətən az yer ayrıldığı bildirilir.

Dünyanın ən məşhur serialının bilinməyən tərəfləri - 6 maddə


6. Son mövsüm əslində "Buz və alovun nəğməsi" kitabının müəllifi George R.R. Martinlə ssenaristlər Sevid Benioff və D.B Ueissin yollarının ayrılması idi. Çünki artıq Martinin kitabları bitib, ssenari heç kimə məlum olmayan, sürprizlərlə dolu yoldan keçir.