» » "Arvadımı boşanması üçün rəfiqələri öyrədir"

"Arvadımı boşanması üçün rəfiqələri öyrədir"

"Arvadımı boşanması üçün rəfiqələri öyrədir"
"Arvadımı boşanması üçün rəfiqələri öyrədir" Xəyanət iddiası ilə müğənni əri Coşkun Sabahdan boşanmaq üçün məhkəməyə ərizə verən 19 illik həyat yoldaşı Ceyda Sabah geri addım atmaq niyyətində deyil.

Ucarliyiq.biz “Hürriyet”ə istinadən xəbər verir ki, xanımını fikrindən daşındırmağa çalışan, ancaq heç bir nəticə əldə edə bilməyən sənətçi ayrılmalarına Ceydanın rəfiqələrinin də təsir etdiyini deyib:

“Həyat yoldaşım hələlik boşanmaq fikrindən daşınmır. Bir-iki rəfiqəsi var, Onlar Ceydanı öyrədirlər. “Süründür, hər şeyi burnundan gətir” deyirlər. Mən nə etmişəm ki? Qadınların birliyinin qurbanı olmuşam. Telefonumdakı mesajlar mənə aid deyil. Heç telefon da mənimki olmayıb”.

Xatırladaq ki, Ceyda Coşkunun telefonunda qızlarla mesajlaşmasını oxumuş və boşanmaq qərarına gəlmişdi. C.Sabah isə mesajların ona göndərilmədiyini iddia edir.