» » Hande Ataizi 624 minini istəyir

Hande Ataizi 624 minini istəyir

Hande Ataizi 624 minini istəyir
Hande Ataizi 624 minini istəyir Türkiyəli aktrisa Hande Ataizi 9 il əvvəl rol aldığı "Tutsak" serialından qalan 624 min lirə (331 min manat) qonorarını istəyir.

Ucarliyiq.biz - in xarici KİV-ə istinadən xəbərinə görə, Ataizi bunun üçün məhkəməyə müraciət edib. Hande 9 il əvvəl də məhkəməyə müraciət vetmiş, amma istəyinə nail olmamışdı.

Aktrisanın vəkili şikayət ərizəsində bunları qeyd edib:

"Şirkət sahiblərinin üzdə fəaliyyətlərini dayandırmalarının əsl səbəbi öhdəliklərində olan borclardan qaçmaqdır. Fəaliyyətlərini "Pastel Film və Reklam LTD" adı altında davam etdirirlər. Buna görə də onlardan borclu olduqları bütün pulları tələb edirik".