» » Əri haqda bu xəbər Ebru Gündeşi məyus etdi

Əri haqda bu xəbər Ebru Gündeşi məyus etdi

Əri haqda bu xəbər Ebru Gündeşi məyus etdi
Əri haqda bu xəbər Ebru Gündeşi məyus etdi

Ailəsi ilə birgə Mayami tətilində olarkən onların gözü qabağında həbs edilən iş adamı Rza Zərrab haqda yeni iddia var.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, həyat yoldaşının həbsindən sonra çətin günlər keçirən müğənni Ebru Gündeş şad xəbər ümidi ilə konsertləri və işi ilə depressiyaya düşməkdən qaçır.

Lakin ABŞ-ın məhkəmə Rza Zərrab haqda qərar verdikdən sonra onu İrana verəcəyi xəbəri yayılıb. ABŞ hökuməti Cənubi Azərbaycandan olan iş adamının qarşılığında İranda həbsdə olan amerikalı vətəndaşlarını tələb edəcək.

E,Gündeşin bütün ümidlərini yıxdığı deyilən bu xəbəri "Hürriyet"in Vaşinqton müxbiri də təsdiqləyib. Deyilənlərə görə, rəsmi Vaşinqton 9 ildir İranda yoxa çıxan, CİA adına fəaliyyət göstərən keçmiş FBI agenti Robert Levinsonu ölkəsinə gətirmək istəyir. R.Zərrabın isə İranda hansı ittihamla qarşılaşacağı bəlli deyil.