» » Müğənnidən sürücüsü ilə sevgili olması xəbərinə açıqlama

Müğənnidən sürücüsü ilə sevgili olması xəbərinə açıqlama

Müğənnidən sürücüsü ilə sevgili olması xəbərinə açıqlama
Müğənnidən sürücüsü ilə sevgili olması xəbərinə açıqlama Müğənni Muazzez Ersoy sürücüsü Hakan Saraçla sevgili olması xəbərləri ilə bağlı açıqlama verib.

Ucarliyiq.biz - in “Hürriyet”ə istinadən məlumatına görə, sənətçi açıqlamasında deyib:

“Bu xəbər doğru deyil. Kıbrısa gedərkən yanımda assistentim, menecerim, bir də Hakan bəy var idi. Paparassilərdən biri bizə yaxınlaşdı və “Muazzez xanım, yanınızdakı bəy kimdir” deyə soruşdu, mən də zarafatla “yeni sevgilim”dir dedim. Çünki müxbirin 10 ildir yanımda işləyən Hakanı tanımadığına təəccüblənmişdim. Jurnalist də bunu ciddi qəbul edib, sürücümlə sevgili olmağım xəbərini yazıb. Məsələ bundan ibarətdir”.