» » "Övladımız yaşasaydı, 27 yaşı olacaqdı" - mərhum müğənninin həyat yoldaşı

"Övladımız yaşasaydı, 27 yaşı olacaqdı" - mərhum müğənninin həyat yoldaşı

"Övladımız yaşasaydı, 27 yaşı olacaqdı" - mərhum müğənninin həyat yoldaşı
"Övladımız yaşasaydı, 27 yaşı olacaqdı" - mərhum müğənninin həyat yoldaşı

"ƏRİMİN ÖLÜMÜNDƏN SONRA YANIMDA HEÇ KƏS QALMADI"

Mərhum müğənni Müslüm Gürsesin 33 illik həyat yoldaşı Muhterem Nur "Renkli Sayfalar" proqramında maraqlı açıqlamalar edib.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, o, həyat yoldaşı dünyasını dəyişdikdən sonra yaşadığı çətin günlərdən danışıb:

"Müslümlə ikimizin bir uşağı olacaqdı. 3 ay yarımlıq olanda bətnimdə tələf oldu. Hamiləlik xəbərini almışdım, bilmişdim, amma qismət deyilmiş. Sonra çoxlu əməliyyat keçirdim. Bətnimdə bir parça qalmışdı. İki il onu qarnımda daşıdım. Bir daha uşağımız olmadı. Olsaydı, onsuz da yaxşı olmayacaqdı. İndi yaşasaydı, 27 yaşı olacaqdı. Tək qalacaqdı...

Övladlığa uşaq götürmək barədə heç düşünmədim. Başqasının övladını böyütmək çox çətindir. Böyüyəndə nə olacaq? İnsanları görürəm, uşaq götürürlər, böyüyəndən sonra tərs işlər görür. Ehtiyac yoxdur.

Keçmiş evdən köçdüm. Orada çoxlu xatirə var idi, amma peşman oldum. Kaş ki, orada qalsaydım. Bütün xatirələr mənimlə birlikdə yeni evə də gəldilər. bütün əşyalarımı da 2500 lirəyə (təxminən 1200 manat) satdım. Təkcə jurnal masası o qiymətə idi elə.

33 il necə keçibsə, hiss eləməmişəm. 3 il isə 100 il kimi keçdi. Mən onun belə tez gedəcəyini bilsəydim, 33 il yanından heç ayrılmazdım. Bir an öncə ona qovuşmaq istəyirəm. Ərimin ölümündən sonra tanıdığım heç kim yanımda qalmadı. Hər şey Müslümün şöhrəti üçün imiş.

Maddi baxımdan çətinliyim olur. Evim var, heç kimə möhtac deyiləm. Mən Müslümdən 16 yaş böyüyəm, bəzən sevgimi təsvir edəndə utanıram. Müslüm o qədər dərrakəli idi ki, onun məndən böyük olduğunu düşünürdüm. Mənim ölümcül xəstəliyim var, amma hələ də yaşayıram. Xəstəliyimi öyrənəndə Müslümə demişdim ki, "40-ım çıxmamış evlən". İstəyirdim, rahat olsun. Hər gün bunu xatırladanda siqaret yandırıb "evlənmərəm, niyə evlənim ki?" deyirdi. Mən "yoxsa əlindəki pulu dağıdacaqlar". Ondan sonra razılaşmış kimi yola verirdi".

M.Nur öləndə ərinin yanında basdırılması üçün ikinəfərlik qəbir aldığını deyib:

"Təyyarədə, dənizdə də ölə bilərəm. Ona görə heç yerə getmirəm ki, ölən kimi məni onun yanına aparsınlar. Sümüklərimiz bir yerdə çürüyəcək. Mənim üçün "sevgilisi ilə getdi" deyəcəklər. Həyatımı tamamilə onu qovuşmağa həsr etmişəm".