» » Prinsin ölümü ilə bağlı gözlənilməz iddia

Prinsin ölümü ilə bağlı gözlənilməz iddia

Prinsin ölümü ilə bağlı gözlənilməz iddia
Prinsin ölümü ilə bağlı gözlənilməz iddia Dünya şöhrətli müğənni Prinsin ölümü ilə bağlı gözlənilməz iddia ortaya atılıb.

Ucarliyiq.biz xarici mətbuata istinadən xəbər verir ki, evinin liftində ölü tapılan sənətçinin QİÇS xəstəsi olduğu deyilir. Ölümündən 6 ay əvvəl səhhəti getdikcə pisləşən Prinsin həkim müayinəsindənsə, dualarla sağalacağına inamı üzündən gözləməyə üstünlük verdiyi də iddialar arasındadır. Prins HİV virusuna 1990-cı illərdə yoluxub və dünyasını dəyişərkən 36 kiloqram çəkidə olub.

Xatırladaq ki, müğənninin qohumları onun ölümündən sonra qrip şikayəti ilə xəstəxanaya aparıldığını bildirmişdilər. Həkimlər isə QİÇS-in immun sisteminə güclü zərbə vurması nəticəsində xəstəliyin qrip şəklində ortaya çıxa biləcəyini söyləyiblər.